Tennis üzrə Sumqayıt şəhər turniri keçirilib. Sumqayıt24 bu haqda 31 may tarixində Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Sumqayıt bulvarı, “Qarabağ NN” stolüstü tennis bazasında baş tutan yarışda 2013-cü il və daha kiçik təvəllüdlü yeniyetmələr mübarizə aparıblar. Qaliblərə idarənin diplomu verilib.
Turnirin məqsədi şəhərdə güclü tennisçilərin müəyyən edilməsi, uşaq, yeniyetmə və gənclər arasında bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.