Sumqayıtda idmançılar və məşqçilər mükafatlandırılıblar. Bu barədə 30 dekabr tarixində Sumqayıt24 xəbər verir.
1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanov idmançı-şagirdlər və məşqçi-müəllimlərlə görüşüb. İl ərzində yüksək nəticə göstərən şəxslər qarşıdan gələn bayramlar münasibətilə fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif ediliblər.