Sumqayıt sakini qarət olunub. Sumqayıt24 bu haqda 16 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə 45-ci məhəllədə baş verib. A. Hüseynovun 183 manatı soyğunçuluq yolu ilə talanıb. 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən şübhəli bilinən şəhər sakini Zahid Kazımov saxlanılıb. O, əvvəllər də soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşdu.
Araşdırma aparılır.