Sumqayıtda oğurluq edən şəhər sakini saxlanılıb. Bu haqda 16 fevral tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində kombi aparatını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayev saxlanılıb. Hadisə 9-cu mikrorayon ərazisində yerləşən çay evində baş verib.
Faktla bağlı araşdırma aparılır.