Corat qəsəbəsində narkotik satan şəxs tutulub. Bu haqda 14 mart tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir.
ŞPİ-nin 1-ci PB əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan Bayandur Umudov saxlanılıb. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.