Corat sakini qətlə yetirilib. Sumqayıt24 bu haqda 17 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə saat 14:00 radələrində Corat qəsəbəsində baş verib. 33 yaşlı Cavid Şirməmmədov aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib. Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.