Sumqayıt sakinindən narkotik götürülüb. Sumqayıt24 bu haqda 17 mart tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçmiş məhkum H. Cəfərov saxlanılıb. Onda heroin, metamfetamin, yaşadığı evə baxış zamanı isə əlavə 72 qramdan artıq heroin, 22 qramdan çox metamfetamin, 18 ədəd metadon həbi və elektron tərəzi aşkarlanıb.