Sumqayıtda ticarət obyektindən oğurluq edən şəxs saxlanılıb. Sumqayıt24 bu barədə 1 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
ŞPİ 5-ci Polis Bölməsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə oktyabrın 10-da marketlərin birindən 700 manat dəyərində spirtli və sərinləşdirici içkilər oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini E.Əzizli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.