top
Qonşunu bıçaqlayan şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
29 dekabr 2022, 06:31
- ↺ +

Qonşunu bıçaqlayan şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən şəxsə hökm oxunub. Sumqayıt24 bu barədə 29 dekabr tarixində Oxu.az-a istinadən xəbər verir.

Əvvəllər məhkum olunmuş Kamil Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu Rasim Əliyevi bıçaqlayaraq qətlə yetirib. O, həmin gün polis əməkdaşları tərəfindən saxlanılıb.

İttihama əsasən, müəyyən olunub ki, hadisə baş verən gün K. Məmmədov Sumqayıtda, sürücülük məktəbinin yaxınlığındakı kafedə 200 qram araq və 5 bakal pivə içəndən sonra, təxminən saat 21:00 radələrində taksiyə minərək yaşadığı Kimyaçılar qəsəbəsinə yollanıb.

Evinin qarşısında səyyar meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olan qonşusu Rasim Əliyevlə rastlaşıb, ondan qarpızın olub-olmadığını soruşub. Sonuncu Kamilin bərk sərxoş olduğunu görüb və söylədiyini qeyri-ciddi qəbul etməklə acıqlı tərzdə: “Mən qarpız satıram bəyəm?”, - deyə cavab verib. Bu söz Məmmədova pis təsir etdiyindən o, taksidən düşüb və Əliyevə yaxınlaşaraq kobud və narazı formada danışmasının səbəbini soruşduqda qonşusu nalayiq ifadələr işlədib və əl-qol ataraq onun əynindəki köynəyi dartıb cırıb. Kənar şəxslərin yanında Rasimin hərəkətlərini özünə qarşı təhqir kimi qəbul edən Kamil öz evinə gedib, mətbəxdən bıçaq götürüb, geri qayıdıb və Əliyevə bir neçə zərbə endirib. Ətrafda olan adamlar mane olaraq ona növbəti zərbələri endirməyə imkan verməyiblər. Ağır yaralanan R. Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İstintaqın sonunda K. Məmmədovun əməli Cinayət Məcəlləsinin “xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə” maddəsinə tövsif edilib. Məhkəmə prosesində o, ittiham üzrə özünü qismən təqsirli hesab edib.

Məhkəmə araşdırılan sübutlara qiymət verərək Məmmədovun əməlində cinayət tərkibinin olmasını və bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edib. Yekunda təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Dünən, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Dünən, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
08 noyabr 2026, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Oxşar xəbərlər