"Sumqayıt Superfosfat" zavodunun ərazisindən 200 kiloqram metal qırıntıları oğurlanıb. Bu barədə bu gün, 13 noyabr tarixində AZƏRTAC məlumat yayıb.
Hadisə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən zavodda baş verib. Oğurluqda şübhəli bilinən şəhər sakini A.Həsənov, Abşeron rayon sakinləri T.Mikayılov və C.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.