Sumqayıtda aralarında yaranan münaqişə zamanı qonşusunu öldürən şəxsin məhkəməsi başlayır. Bu haqda Report-a istinadən xəbər veririk.
Sözügedən cinayət 23 iyul 2021-ci tarixində, Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, hadisəni törətdiyi zaman 28 yaşı olan Ağabəy Atabalayev Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək, onu öldürmüşdü.
Hazırda, cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə iclasına hakim Fəhmin Hümbətov sədrlik edəcək.