Xarici vətəndaşlara narkokuryerlik edən Sumqayıt sakini tutulub. Sumqayıt24 bu haqda 13 mart tarixində Modern.az-a istinadən xəbər verir.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Əvvəllər məhkum olunmuş Emin Qasımov saxlanılıb. Onun əlindəki torbadan 5 kiloqramdan artıq heroin aşkarlanıb.
Dindirilmə zamanı E. Qasımov pul müqabilində əcnəbi narkotacirə “kuryerlik” etdiyini etiraf edib. Aşkarlanan heroini isə 500 manat qarşılığında müəyyən yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı İstintaq Bölməsində cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.