Saray qəsəbəsində narkotik alveriçisi saxlanılıb. Sumqayıt24 bu haqda 6 fevral tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Saray Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Sumqayıt şəhər sakini Asif Axundovdan 2 kiloqrama yaxın heroin, marixuana və metamfetamin götürülüb. O, qəsəbədə gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olub.
Faktla bağlı toplanan materiallar İstintaq Şöbəsinə göndərilib. [modula id="31339"]