Sumqayıt sakinindən narkotik götürülüb. Bu haqda Sumqayıt24 19 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
3-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə dəfələrlə məhkum olunmuş R. Əsgərovda heroin, yaşadığı mənzildə daha 39 qrama yaxın heroin, 8 qram metamfetamin, 3 qramdan artıq marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib.