Sumqayıtda soyğunçuluq hadisəsi baş verib. Bu barədə 29 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Şəhər sakini E. Hüseynlinin üzlüyündə 300 manat pulu olan mobil telefonu talanıb. 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş T. Mehdiyev şübhəli qismində saxlanılıb.