Sumqayıt sakinlərində narkotik vasitələr aşkarlanıb. Bu haqda 2 mart tarixində Sumqayıt24 Lent.az-a istinadən xəbər verir.
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Sumqayıt şəhər sakinləri Rəsul Mədətov, Salman Cəfərov və Rusif Talıbov Cəlilabad şəhəri ərazisində sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar.
Həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan 1,400 kq heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır. [modula id="32623"]