Sumqayıtda yük avtomobillərinin detalları oğurlanıb. Sumqayıt24 bu haqda 23 fevral tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
5-ci Polis Bölməsi tərəfindən müxtəlif vaxtlarda “Daf”, “MAN”, “KamAZ” markalı 4 yük avtomobilindən 6 ədəd akkumulyatoru oğurlamaqda şübhəli bilinən Xırdalan sakinləri Elşən Xankişiyev və Rövşən Familli saxlanılıblar.
Araşdırma aparılır.