top
Sumqayıtda ər arvadını qısqanclıq zəminində bıçaqlayıb - İSTİNTAQ MATERİALLARI
15 dekabr 2022, 07:30
- +

Sumqayıtda ər arvadını qısqanclıq zəminində bıçaqlayıb - İSTİNTAQ MATERİALLARI

Kişinin arvadını bıçaqlaması ilə bağlı aparılan istintaqın məlumatları açıqlanıb. Sumqayıt24 bu haqda 15 dekabr tarixində Lent.az-a istinadən xəbər verir.

Belə ki, 8 iyun 2020-ci ildə 4-cü mikrorayonda 1988-ci il təvəllüdlü Teymur Şıxkərimov həyat yoldaşı, 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovanı bıçaqlayır. Bundan sonra o, 3-cü Polis Bölməsinə gələrək təslim olur.

Polis və prokurorluq əməkdaşları dərhal əraziyə baxış keçirir və qatlanmayan bıçaq aşkar edirlər.

Araşdırma zamanı məlum olub ki, Teymur Şıxkərimov mobil telefonla başqa şəxslərlə danışmasından və görüşməsindən şübhələndiyinə görə arvadı ilə mütəmadi mübahisə edib. Bu səbəbdən o, Aygün Şixkərimovanın bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 12 bıçaq zərbəsi endirib. Naməlum şəxslərin müdaxiləsi və qadının vaxtında xəstəxanaya çatdırılması onun həyatını xilas edib.

Teymur Şıxkərimov bildirib ki, hərbi xidmətdən qayıdandan sonra Bakı və Sumqayıt şəhərlərində tikinti şirkətlərində fəhlə işləyib. Aygün Şıxkərimovanı 2011-ci ildə çörək sexində görüb:

“Tanış olandan 1 ay sonra rəsmi nikaha daxil olduq. Nikahdan 2 qız övladımız dünyaya gəldi. Corat qəsəbəsində qayınatama məxsus evdə yaşayırdıq. Təxminən 2 il əvvəl Aygünün mənə qarşı münasibətinin dəyişdiyini hiss etdim. Belə ki, əvvəllər arvadım telefonu masanın üzərinə qoyurdusa, son vaxtlar telefonu özündə saxlayırdı. Telefonuna zəng etdikdə dəfələrlə onun kiminləsə danışdığının şahidi olmuşam. Kiminlə danışdığını soruşduqda Aygün hər dəfə bacısı ilə söhbət etdiyini deyirdi. 2020-ci ilin fevral ayında Xaçmaz rayonunda olarkən yoldaşım zəng edərək atasının onu evdən qovduğunu bildirdi. Bunu aydınlaşdırmaq üçün qayınatama zəng edəndə o: “Aygün əxlaqsızlıq edir, gəl, arvadına sahib çıx”, - dedi. Aygün 3-4 ay bacısının evində qaldı. Sonra 4-cü mikrorayonda kirayə mənzil tutaraq ora köçdü. Xaçmaz rayonunda bir müddət işlədikdən sonra aprelin axırlarında Aygünün yaşadığı evə getdim. Kiçik qızım Mədinə mənə anasının evə Taleh adlı kişini gətirdiyini və onun meyvə-tərəvəz satışı ilə məşğul olduğunu dedi. İyunun 4-də Mədinəni Şabran rayonuna apardım. Bununla bağlı Aygün 3-cü Polis Bölməsinə müraciət edərək övladımın mənim tərəfimdən qaçırıldığını bildirdi. Növbəti gün Sumqayıta gələrək verdiyim izahatda Mədinənin doğma qızım olduğunu və onu öz istəyi ilə rayona apardığımı göstərdim”.

Hadisədən bir gün öncə telefonla danışanda Aygün ərindən övladını evə gətirməyini istəyib, bir daha uşaqları ona göstərməyəcəyini və ondan boşanıb Talehlə ailə quracağını deyib. Həmin gün növbəti dəfə zəngləşəndə o, telefonu Mədinəyə verməsini xahiş edib:

“Həmin vaxt Talehin böyük qızı Nuraya “qızım, bacınla danış” söylədiyini eşitdim. Bunu eşidib qəzəbləndim və yoldaşıma qızı olduğu evə yad kişi gətirdiyinə onu sabah öldürəcəyimi dedim. İyunun 8-də qızımla birlikdə Sumqayıta gəldik. Övladımı çayxanada qoyaraq arvadımın yaşadığı binanın qarşısına gəldim və onun aşağı düşməsini gözlədim. Bir müddət sonra qadının Talehin idarə etdiyi avtomobildən düşdüyünü gördüm. Dərhal üzərinə gedərək bıçaqla Aygünün boynuna, boğazına və digər bədən üzvlərinə xəsarətlər yetirdim. Zərbələrin təsirindən bıçağın dəstəyi tiyəsindən ayrıldı. Arvadımın qışqırıq səsini eşidən Taleh maşından düşüb söyə-söyə arxamca qaçsa da, mənə çata bilmədi. 3-cü bölməyə gedərək yoldaşımı bıçaqladığımı bildirdim”.

Zərərçəkmiş şəxs Aygün Şixkərimova ifadəsində göstərib ki, martın 22-də qardaşı ilə mübahisə etdiyi üçün atasının evindən çıxıb və bir müddət bacısı ilə yaşayıb:

“Aprel ayından 4-cü mikrorayonda, kirayə mənzildə qalırdım. Orada yaşadığım müddətdə Teymur bir dəfə ailəsini görməyə gəldi, həmin vaxt da aramızda mübahisə yarandı. O, paltarlarını yığıb getdi. İyunun 8-də Teymur zəng edərək bazar ərazisində görüşməyi təklif etdi və qızım Mədinəni mənə təhvil verəcəyini söylədi. Mənzildən çıxıb həyətə düşdükdə ərim əlində bıçaqla üstümə gəldi və mənə çoxsaylı xəsarətlər yetirdi. Köməyimə gələn tanımadığım iki nəfər Teymuru tutaraq əlavə zərbələr vurmasına mane oldular. Daha sonra Təcili Yardım maşını məni xəstəxanaya apardı”.

Aygün Şıxkərimova qeyd edib ki, Taleh adlı şəxslə münasibəti olmayıb. Onu meyvə-tərəvəz dükanı işlədən şəxs kimi tanıyıb və 150 manat borca pul alıb. Taleh də bir-iki dəfə qapını döyərək ondan borcunu istəyib.

Şahid Taleh Nəsirov ifadəsində göstərib ki, 45-ci məhəllədə meyvə-tərəvəz satışı ilə məşğul olur:

“Aygün Şixkərimovanı 2020-ci ilin aprel ayından tanıyıram. Aygün məndən ümumilikdə 100 manat məbləğində nisyə meyvə-tərəvəz alıb. Bir dəfə də yaxınlaşaraq evin kirayəsini ödəmək üçün 50 manat borca pul aldı. Bundan bir həftə sonra qadının yaşadığı mənzilə getdim, borcumu istəyəndə Aygün pulu bir həftə ərzində qaytaracağına söz verdi. Hadisədən 15 gün əvvəl məhəllədə tanışlarımla dayanıb söhbət edərkən Teymur Şıxkərimov yaxınlaşıb Taleh adlı şəxsi axtardığını dedi. Teymur məndən arvadı Aygünlə əlaqəmin olub-olmadığını soruşduqda, ona qadınla heç bir əlaqəmin olmadığını bildirdim. Aygünün evində heç vaxt olmamışam”.

Məhkəmə iclasında Teymur Şıxkərimov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş isə ona ağır cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Şıxkərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:48

"Sıxlığa görə xanımın ürəyi getdi" - "33 nömrə"dən ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 14:32

Sumqayıtda zəncirvari qəza - 6 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 13:23

Sumqayıtda avtobusun təkəri yerindən çıxdı - Sərnişinlər yolda qaldı

Bütün xəbərlər
Bu gün, 12:45

Daş və taxta ilə "təhlükəsizlik": Sumqayıtda kanalizasiya lükü

Bütün xəbərlər
Bu gün, 11:54

"Zibil, çuxurlar, kəsilmiş ağaclar, siçanlar" – 13-cü mikrorayondan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 10:55

"Sumqayıt camaatı" yenidən gündəmdə: DTX-dan əməliyyat

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda zəbt edilən ərazi TƏHLÜKƏ YARADIR

Bütün xəbərlər
Dünən, 17:50

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

İdman
Dünən, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Dünən, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
Dünən, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Dünən, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Dünən, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Dünən, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Dünən, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Dünən, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Dünən, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Dünən, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Dünən, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
16 sentyabr 2026, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
16 sentyabr 2026, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
16 sentyabr 2026, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
16 sentyabr 2026, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
16 sentyabr 2026, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Oxşar xəbərlər