Sumqayıtda kişi meyiti tapılıb. Bu haqda 9 mart tarixində Sumqayıt24 Lent.az-a istinadən xəbər verir.
Hadisə Novxanı bağlarında qeydə alınıb. 55 yaşlı Azad Zeynalovun meyiti yaşadığı bağ evinin yaxınlığında aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Ölümün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.