top
Sumqayıtda bahalı avtomobil nömrəsi oğurlanıb
20 dekabr 2022, 04:32
- ↺ +

Sumqayıtda bahalı avtomobil nömrəsi oğurlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt sakininə məxsus avtomobilin dövlət qeydiyyat nişanı oğurlanıb. Sumqayıt24 bu haqda 20 dekabr tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.

S. Baxşəliyev rəsmi sənədlər olsa da, nömrəsini bərpa edə bilmir: “Hadisə dekabrın 3-ü baş verib. 4 dekabr saat 09:45 də yaşadığım Sumqayıt şəhəri, 18-ci mikrorayon, 7 saylı binanın qarşısına - həyətə düşdüm, gördüm maşının arxa nömrəsi (10-LK-777 dövlət qeydiyyat nişanı - red.) yoxdur. “102” xidmətinə məlumat verəndən sonra məni 1-ci polis bölməsinə dəvət edib ərizəmi aldılar. Nömrə mənim öz adımadır. Lakin dəfələrlə müvafiq qurumlara müraciət etsəm də, nə nömrə tapılır, nə də nömrəmi bərpa edirlər”.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru kapitan Toğrul Nəsirli məsələyə aydınlıq gətirib. O, itkin və ya oğurlanmış nömrə tapılmadığı təqdirdə onun bərpa edilmədiyini bildirib: “Yol Hərəkəti Haqqında Qanun”un 29-cu maddəsinə əsasən, dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yeni dövlət qeydiyyat nişanının alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Nişan tapıldıqda ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir”.

Baş inspektor əlavə edib ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda, nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə, vətəndaşlar nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır, 60 manat cərimə edilir və həmin xətalar 4 balla qiymətləndirilir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı qanunvericilikdə boşluğun olduğunu deyir: “Təəssüflər olsun ki, qanunvericilikdə nömrələrin dublikat olunması məsələsi öz əksini tapmayıb. “Yol Hərəkəti Haqqında Qanun” 1998-ci ildə qəbul olunub. O vaxt qanuna belə bir müddəa əlavə edilib ki, itirilmiş, oğurlanmış nömrə 1 ay ərzində tapıldıqda ilk növbədə sahibinə təqdim edilsin. Əgər sahibi istəməsə, nömrə başqasına verilə bilər. O dövrdən indiyədək qanunda hər hansı dəyişiklik edilməyib və insanlar da bundan əziyyət çəkirlər. Vətəndaşa məxsus 10 seriyası ilə başlayan nömrənin 10-20 min manat arası qiyməti var. Bu nömrəni kimsə fiziki olaraq əldə sata bilər, çünki DYP-də bu nömrə artıq yoxdur. Təklif edərdim ki, qanunvericilikdə bu məsələ nəzərə alınsın”.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Dünən, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Dünən, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
08 noyabr 2026, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Oxşar xəbərlər