Sumqayıtda vaqonun şüşəsi sındırılıb. Sumqayıt24 bu haqda 29 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə dekabrın 27-də baş verib. Dəmir yolu stansiyasında dayanmış sərnişin elektrik qatarının vaqonlarından birinin yan şüşəsi sındırılıb. NBPİ Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli qismində Sumqayıt sakini, 16 yaşlı İ. Hacızadə saxlanılıb.
Araşdırma aparılır.