Sumqayıtda velosiped oğurlayan şəxs saxlanılıb. Bu haqda 1 mart tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə 6-cı mikrorayonda yerləşən evlərin birinin zirzəmisində baş verib. Polis əməkdaşları tərəfindən velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A. Məhərrəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.