Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən yataqxanada təmir işləri aparılır. Bu haqda 18 oktyabr tarixində Sumqayıt24 ŞİH-yə istinadən məlumat verir.
Söhbət 10 saylı yataqxanadan gedir. Hazırda binanın sanitar qovşağında təmir işləri yekunlaşmaq üzrədir. Növbəti mərhələdə yataqxananın dəhlizi, giriş hissəsi, mətbəxi, fasadı abadlışdırılacaq.