Novxanı qəsəbəsində baş vermiş yanğının səbəbi məlum olub. Sumqayıt24 bu barədə 18 avqust tarixində BakuTV-yə istinadən xəbər verir.
Hadisə 100-ə yaxın məcburi köçkün ailəsinin yaşadığı yataqxana ərazisində qeydə alınıb. Nəticədə 1000 kvadratmetrə yaxın sahə, habelə iki ədəd avtomobil və ərazidəki yaşıl ağaclar yanıb. Maşınlardan biri zərərçəkənə yoldaşından yadigar qalmışdı.
Sakinlərin sözlərinə görə, ərazidəki məişət tullantıları tez-tez yandırılırdı. Bu dəfə isə havanın küləkli olması alovun miqyası genişlənmişdi. Nəticə isə göz qabağındadır.
Qeyd edək ki, FHN-in əməkdaşları tərəfindən yanğın söndürülüb.