Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbinin təhsil işçiləri mükafatlandırılıblar. Bu haqda 5 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Beynəlxalq Müəllimlər Günü münasibətilə tədris ocağının ingilis dili müəllimi Solmaz Qəhrəmanova və tarix müəllimi İradə Davudova “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar.
Mükafat Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunub.