Sumqayıt şəhəri, 12-ci mikrorayonda yaşayış binasında yanğın baş verib. Bu haqda 10 avqust tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Yanğın 22 saylı binanın 4-cü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları tərəfindən alov söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.