Sumqayıt Qaz İstismarı Sahəsində görüş keçirilib. Sumqayıt24 bu haqda 23 dekabr tarixində xəbər verir.
Qurumun rəhbərliyi və kollektivi təqaüd yaşına çatan Təbii qazın qəbulu və satışı şöbəsinin ustası Vahid Mustafayevlə görüşüb. O, əmək stajının son 15 ilini Sumqayıt Qaz İstismarı sahəsinə həsr edib.
Kollektiv Mustafayevin ünvanına xoş sözlər səsləndirib. “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə, Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə o, Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olunub.