Sumqayıtda "Zəfərə gedən yol" adlı nümunəvi dərs baş tutub. Sumqayıt24 bu haqda 3 noyabr tarixində xəbər verir.
Tədbiri Heydər Əliyev Mərkəzi və M. Füzuli adına 15 nömrəli məktəb təşkil edib. Dərs məktəbin tarix müəllimi Ziya Şirinov tərəfindən Heydər Əliyev Mərkəzində 9b sinfinin şagirdləri üçün keçirilib.