Sumqayıt Tibb Mərkəzinin (STM) əməkdaşları qanvermə aksiyasında iştirak ediblər. Bu haqda 28 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Mərkəzi Qan Bankının təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyasında 150-dən çox əməkdaş qatılıb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə olunması nəzərdə tutulub.
Qeyd edək ki, donorların sağlamlıq vəziyyəti xüsusi tibbi briqadası tərəfindən yoxlanıldıqdan sonra qan götürülüb.