Sumqayıtda sürücülər səbəbsiz cərimələndiklərini bildirirlər. Sumqayıt24 bu haqda 30 avqust tarixində xəbər verir.
Onların sözlərinə görə, 18-ci mikrorayondakı dairəvi yolda dayanma-durmanı qadağan edən nişan yoxdur, lakin onlar avtomobillərini həmin yolda saxladıqları üçün cərimələnirlər.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov məsələ ilə bağlı Xeberle.com-un suallarını cavablandırıb. O bildirib ki, avtomobilin yollarda dayanma və durması yol hərəkəti haqqında qanunun 52-ci maddəsi ilə tənzimlənir. Bəzi yollarda müvafiq nişan olmasa belə, sürücü cərimələnə bilər:
"Əgər sürücülər əsassız cərimələndiklərini düşünürlərsə, elektron qaydada dövlət yol polisinə öz şikayətlərini bildirə bilərlər".