Sumqayıt şəhəri, 18-ci mikrorayonda yaşayış binasında abadlıq işləri həyata keçirilir. Sumqayıt24 bu haqda 20 iyul tarixində məlumat verir.
Təmir-bərpa işləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən icra olunur. İşçilər mikrorayonda yerləşən 25V binasının fasad hissəsini suvayıblar.
İşlərin həftənin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.