Bu gün şəhid əsgər Bəxtiyar Muradovun doğum günüdür. O, 24 avqust 2003-cü ildə Sumqayıt şəhərində anadan olub.
2007-2018-ci illərdə Sumqayıt şəhər 29 nömrəli məktəbdə təhsil alıb. Subay idi. 2021-ci ildə müddətli hərbi xidmətə çağırılmışdı.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Təxribat nəticəsində toqquşmalar baş verib. Döyüşlərdə sıravi əsgər kimi iştirak edən Bəxtiyar Muradov 13 sentyabr tarixində Kəlbəcər rayonu istiqamətində şəhadətə ucalıb. Şəhidimiz Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.