Sumqayıt şəhəri “Xəzər Bağları”nda ekoloji aksiya baş tutub. Bu haqda 6 sentyabr tarixində Sumqayıt24 Lent.az-a istinadən məlumat verir.
“Təbiəti Qoru – Gələcəyini sığortala’’ adlı aksiya ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub. İməcilik zamanı dəniz kənarında 2 hektara yaxın ərazi tullantılardan təmizlənib. Ümumilikdə 200 kq-dan artıq zibil poliqona göndərilib.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilib.