Sumqayıtda "Əmək qanunvericiliyi" adlı təlim keçirilib. Bu haqda 7 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Seminar Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və 2 saylı Sumqayıt Regional "ASAN Xidmət" Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Təlimdə Əmək qanunvericiliyinə dair əsas müddəalar, əmək müqaviləsinin bağlanması və xitam verilməsi qaydaları, məzuniyyətlərin növləri və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Sonda istirakçıları maraqlandıran suallar cavablandırılıb.