Sumqayıtda tədris ocağında aparılan təmir işləri sakinlərə narahatlıq yaradır. Bu haqda 29 avqust tarixində Sumqayıt24 məlumat verir.
Şəhərin 12-ci mikrorayonu ərazisində yerləşən 21 nömrəli məktəbdə söküntü işləri aparılır. Təmir zamanı əmələ gələn tullantılar Qaçqın şəhərciyi binasına yaxın əraziyə tökülür.
“Bu hal 2 həftədən çox davam edir. Hər yer şüşə qırıntıların içindədir. Uşaqlar çıxıb üzərində oynayırlar. Yaxşı olardı ki, heç kim xəsarət almamış zibillik buradan yığışdırılsın. İcra hakimiyyətinə yazmışıq, lakin xəbər yoxdur”, - deyə sakinlər bildiriblər.