top
21 yaralı hərbçini döyüş meydanından çıxaran baş leytenant İlkin Məmmədzadənin mövlududur
19 dekabr 2023, 07:45
- ↺ +

21 yaralı hərbçini döyüş meydanından çıxaran baş leytenant İlkin Məmmədzadənin mövlududur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhid İlkin Məmmədzadənin doğum günüdür.

İlkin Əzizağa oğlu Məmmədzadə 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərindəki 42 saylı məktəbdə təhsil alıb.

Məktəbi fərqlənmə ilə bitirən İlkin 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. "Xəmsə" və "Breyn-rinq" yarışmalarında iştirak edib.

2012-ci ildə Universiteti Qırmızı Diplomla başa vurub. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində magistr təhsili alıb. Hərbi xidmətdən sonra elmi fəaliyyətlə məşğul olub.

2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub. 2016-cı ilin fevral ayından etibarən hərbi xidmətə başlayıb.

2016-cı ilin iyun ayından etibarən Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində "N" saylı hərbi hissədə leytenant kimi xidmətə başlayıb. Xidməti ərzində dəfələrlə fəxri fərman və təşəkkürnamələr alıb. 2018-ci ilin dekabr ayında Tərtər rayonundakı "N" saylı hərbi hissəyə köçürülüb.

Nümunəvi xidmətinə görə daima kollektiv içində seçilib. 2020-ci ilin iyun ayında baş leytenant rütbəsini alıb. Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə Vətən müharibəsi zamanı döyüşlərdə 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxarıb.

7 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub.

Döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib. Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Bu gün, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Bu gün, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Bu gün, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Bu gün, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Bu gün, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Oxşar xəbərlər