Sumqayıtda narkotik aludəçisi özünü bıçaqlayıb. Bu haqda 20 dekabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə dekabrın 19-da saat 15:00 radələrində baş verib. Əvvəllər məhkum olunmuş 28 yaşlı Kənan İbrahimov şəhər ərazisində özünə bıçaqla xəsarət yetirib.
O, polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, kişi səhiyyə ocağında dünyasını dəyişib.