Sumqayıtda marşrut avtobusu sıradan çıxıb. Sumqayıt24 bu haqda 11 sentyabr tarixində xəbər verir.
Hadisə Nizami küçəsində, İcra Hakimiyyəti binasının yanında baş verib. Sərnişinlərlə dolu 30 nömrəli avtobus hərəkətdə olan zaman yararsız vəziyyətə düşüb. Buna görə insanlar yolda qalıblar.
“Bir saatdan bir gəlir. Xətdə cəmi bir neçə avtobus var. Saatlarla gözləyirik, minəndə də, demək olar ki, hər dəfə yolda qalırıq. Bu cür problemlər insanların cibinə ziyan vurur”, – deyə sərnişinlər bildiriblər.