Sumqayıtda tədris ocağının müəllimi qrant müsabiqəsinin qalibi seçilib. Bu haqda 10 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Söhbət 31 nömrəli tam orta məktəbin müəllimi Raqif Şirinovdan gedir. O, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə "Gələcəyi birgə quraq!" layihəsinin VII Qrant müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, sözügedən layihə artıq öz fəaliyyətinə başlayıb.