Sumqayıtda yanğın baş verib. Sumqayıt24 bu haqda 11 iyul tarixində xəbər verir.
Hadisə 12-ci mikrorayonda yerləşən 33 nömrəli yataqxananın blokunda qeydə alınıb. Sakinlərdən daxil olan məlumata görə, yanğın qısaqapanma nəticəsində yaranıb. Əraziyə cağırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alovu söndürüblər. Xəsarət alan yoxdur.
[video width="464" height="848" mp4="https://sumqayit24.az/storage/photos/2024/07/IMG_5064_1.mp4"][/video]