Sumqayıtda silah-sursat aşkar edilib.
Report.az-ın məlumatına görə, hadisə 42-ci məhəllədə qeydə alınıb. Ərazidə 1 ədəd “AK 74” markalı “Kalaşnikov” avtomatı və həmin avtomata məxsus 1 ədəd daraq aşkarlanıb.
Tapılan silah-sursat aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.