Sumqayıt sakinini əqrəb sancıb. Sumqayıt24 bu haqda 21 iyul tarixində Den.az-a istinadən xəbər verir.
Hadisə 42 yaşlı Amil Orucov Səngəçalda işdə olarkən baş verib. Kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum uzun müddət Sumqayıtın nəqliyyat sektorunda müfəttiş işləyib. Ailəli olub, iki övladı var.