Sumqayıtın icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib.
Sumqayit24.az xəbər verir ki, görüş şəhərin 5-ci mikrorayon ərazisində təşkil olunub. Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Şəhər rəhbəri sakinləri fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib.