Sumqayıtda 57 yaşlı qadın küçədə ölüb. Bu haqda 17 oktyabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə 13-cü mikrorayonda baş verib. Corat sakini Səmiyə Tahirova işlədiyi marketin qarşısında dünyasını dəyişib.
Əraziyə polis əməkdaşları və həkim briqadası cəlb olunub.
Ölümün dəqiq səbəbləri hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.