Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı artıb. Bu haqda 7 avqust tarixində Sumqayıt24 İqtisadiyyat naziri Mikayıl Cabbarovun Twitter hesabına istinadən məlumat verir.
Onun sözlərinə görə, "Azpal" QSC-yə də parkın rezidenti statusu verilib. Bununla da Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb.
"İnvestisiya dəyəri 58,9 milyon manat olan şirkət park ərazisində texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradacaq və 160 nəfəri işlə təmin edəcək", - deyə nazir qeyd edib.