Sumqayıt bağçasında təşkil olunan yay məşğələsi davam edir. Bu barədə 26 avqust tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Şəhər 68 nömrəli körpələr evi - uşaq bağçasında keçirilən məşğələ zamanı balaca fidanların bilik və bacarıqları inkişaf etdirilir. Burada müxtəlif əyləncəli oyunlar oynanılır, rəqslər edilir. Yay mövsümü ilə əlaqədar olaraq bütün tədbirlər açıq havada keçirilir. Pedaqoji kollektiv uşaqların sağlam ruhda böyümələri üçün əllərindən gələni əsirgəmir. Bağça yüksək keyfiyyətli ərzaqlarla təmin edilir. Bu cür məşğələlərin təşkil olunması uşaqların gələcəyinə müsbət təsir göstərir.