Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda 5 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə saat 12:00 radələrində Ü. Hacıbəyov və Niyazi küçələrinin kəsişməsində baş verib. 7 nömrəli marşrut avtobusu və “Opel” markalı avtomobil toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, günah “Opel”in sürücüsündə olub.