Sumqayıtda sərnişin avtobusları təyin olunan dayanacaqda saxlamadan ötüb-keçirlər.
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, Bakı küçəsində, “Sülh Plaza”nın yaxınlığında yerləşən dayanacaqda “7” nömrəli marşrutu gözləyən sərnişinlər avtobusa minə bilmirlər.
“Saat 21:00-dan sonra vəziyyət hər gün eynidir. Avtobuslar marşrut nömrələrini söndürərək yanımızdan ötüb keçir. Saxlayanda isə heçkimə minməyə icazə vermirlər”, - deyə sakinlər bildiriblər.
View this post on Instagram