Sumqayıtda məşqçinin qəddar davranışı nəticəsində uşağın ölməsi Milli Məclisdə müzakirə edilib. Sumqayıt24 bu haqda 2 may tarixində xəbər verir.
Deputat Kamal Cəfərov parlamentin plenar iclasında bildirib ki, Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar məsələ ilə bağlı müvafiq addımlar atmalıdır. Hadisəyə xüsusi yanaşma olmalıdır:
“Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərində müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Buradan uşaqlara demək istəyirəm ki, əgər siz də məşq zamanı pis rəftarla üzləşsəniz, mütləq 102-yə zəng edərək, polisə məlumat verin”.