Sumqayıtda itkin düşən kişi axtarılır. Sumqayıt24 bu haqda 25 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə oktyabrın 23-də baş verib. Şəhər sakini, 26 yaşlı İlkin Kərimov 9-cu mikrorayonda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı polisə məlumat verilib.